Регистрация    Войти
Авторизация
★★★★★
» » Döşlərin böyüdülməsi xərçəngə səbəb ola bilər

Döşlərin böyüdülməsi xərçəngə səbəb ola bilər

Döşlərin böyüdülməsi xərçəngə səbəb ola bilər

Amerika ekspertləri xəbərdarlıq edir ki, döş implantantları nadir xərçəngin inkişafının riskini artırır.
Live Science xəbər verir ki, söhbət aplastik irihüceyrəli limfomadan gedir. Xərçəng implantant ətrafında formalaşan çapıq toxumasının yerində inkişaf edir.
Alimlər döşlərin böyüdülməsi nəticəsində xərçəngin inkişafı ilə bağlı 350 fakt aşkar ediblər. Nəticədə 9 qadın ölüb.
Alimlər bu xərçəngin əmələ gəlmə mexanizmini hələ ki dəqiq təyin etməyiblər. Ola bilsin ki, səbəb implantan nəticəsində inkişaf edən xroniki iltihabda və orqanizmin immun reaksiyasındadır. İmplantantın səthi nahamar (kələ-kötür) olduqda xərçəngin riski daha da artır.
Xərçəng orta hesabla implantant yerləşdirdikdən 7 il sonra inkişaf edə bilər. Lakin 40 ildən sonra da xərçəngin inkişafı haqda məlumatlar var.

© Evde.biz
Xəbər xoşuna gəldi? Bizi LİKE et:
   16 04 2018 / 17:26   Pəhriz növü: Faydalı məlumat Baxılıb: 129   


Saytda dərc edilmiş bütün informasiya yalnız TANIŞLIQ məqsədi ilə verilmişdir.
Pəhrizə oturmazdan əvvəl həkimlə məsləhətləşin.
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook