Регистрация    Войти
Авторизация
★★★★★

Özbaşına dölsalmalar

Özbaşına dölsalmalar

Təəssüf ki, son vaxtlar hamiləliyin sona çatdırılmaması özbaşına pozulmasına çox tez-tez rast gəlinir və belə halların sayı artmaqda davam edir.
Həkimlər tez-tez qeyd edirlər ki, qadın hamiləliyə qədər müayinə olunub müalicə alarsa, dölsalma riski xeyli azalmış olar. Bir çox hallarda, hətta dölsalma prosesinin əvvəlində həkimə müraciət edildikdə onun qarşısını almaq olur. Hamiləliyin 28 həftəyədək pozulması özbaşına abort (dölsalma) adlanır. 28 həftədən 37 həftəyədək pozulan hamiləlik isə vaxtından əvvəl doğuş adlanır. Vaxtından əvvəl doğulmuş körpələr bir çox hallarda sağ qaldığına görə hamiləliyin məhz bu cür bölümü tətbiq edilmişdir. Hal-hazırda səhiyyəsi inkişaf etmiş ölkələrdə hətta 500 qr çəki ilə doğulmuş körpələr sağ qalır.
Hamiləliyin pozulmasının bir çox səbəbləri vardır. İlk 3 ayda dölsalma təhlükəsi ilk növbədə hamilə qadının hormonal fonunun pozulması nəticəsində baş verir. Buna görə də qadınlar üçün hamiləliyə qədər hormonal fonu yoxlatdırmaq və lazım gələrsə, müalicə almaq çox zəruridir.
Dölsalma təhlükəsini xlamidioz, ureoplazmoz, mikoplazmoz, trixomoniaz, virus infeksiyaları (herpes, sitomeqalovirus) da yarada bilər. Buna görə də hamiləliyə qədər qadın yuxarıda göstərilən infeksiyaları aşkar etmək üçün laborator müayinədən keçməli və lazım gələrsə müvafiq müalicə kursu almalıdır.
Hamiləliyin pozulması ümumi infeksion xəstəliklər, daxili orqanların iltihabi xəstəlikləri (viruslu hepatit, məxmərək, qripp, angina, pnevmoniya, appendisit, pielonefrit və s.) zamanı da baş verə bilər. Qadının cinsiyyət orqanlarının xəstəlikləri də hamiləliyin pozulmasına təkan verə bilər.
Dölsalmanın əsas səbəblərindən biri də döldə olan genetik anomaliyalardır. Statistik məlumatlara əsasən bu hal hamiləliyin pozulması səbəblərinin 70 %-ni təşkil edir.
Ananın xroniki xəstəlikləri (ürək qüsurları, hipertoniya xəstəliyi, anemiya, pielonefrit, şəkərli diabet) də ciftin zədələnməsinə və son nəticədə dölsalmaya gətirib çıxara bilər.
Hamiləlik dövründə olan bəzi patoloji vəziyyətlər (toksikozlar, dölyanı su çoxluğu, çiftin ön gəlişi) hamiləliyin gedişatını ağırlaşdıraraq dölsalmaya səbəb ola bilər.
İltihabi xəstəliklər və endokrin pozğunluqları olan qadınlarda müxtəlif xarakterli fiziki travmalar (əzilmələr, sümuklərin sınmasi, bədən silkələnməsi və s.) dölsalma ilə nəticələnə bilər. Qeyri-stabil psixikalı qadınlarda güclü sinir gərginliyi dölsalmaya təkan verir. Sağlam qadınlarda isə hətta çanaq sümüklərinin sınığı, qarının ön divarının əzilmələri, güclü psixoloji sinir gərginlikləri keçirdikləri hallardan sonra da hamiləlik pozulmamış qalır.
Sosial-iqtisadi faktorların da hamiləliyin gedişatına böyük təsiri olur. Belə faktorlara qadının iş şəraiti, zərərli adətləri (siqaret çəkmə, alkoqollu içkilərin qəbulu), qeyri-normal məişət şəraitini aid etmək olar.

© Evde.biz
Xəbər xoşuna gəldi? Bizi LİKE et:
   14 01 2019 / 12:42   Pəhriz növü: Hamilelik Baxılıb: 149   


Saytda dərc edilmiş bütün informasiya yalnız TANIŞLIQ məqsədi ilə verilmişdir.
Pəhrizə oturmazdan əvvəl həkimlə məsləhətləşin.
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook