Регистрация    Войти
Авторизация
★★★★★
» » Uşaqlarınızı qoruyun! Psixoloqun tövsiyələri

Uşaqlarınızı qoruyun! Psixoloqun tövsiyələri

Uşaqlarınızı qoruyun! Psixoloqun tövsiyələri

Uşaqlarımızı nə qədər qoruyuruq? Müşahidələrimdən gəldiyim nəticələrə əsasən gördüyüm mənzərə məni qətiyyətlə narahat etdi və bunu paylaşmaq istədim.
Psixoloji problemlərə nəyin ki, yetkin və yeniyetmədə həmçinin uşaqlarınızda da rast gəlinir.
2014-ün yayı Türkiyədə narkotik maddə istifadə edən yeniyetmələrlə və gənclərlə təcrübəm əsnasında onların həyatları ilə tanış oldum və onların gələcək həyatlarının bu şəkildə formalaşmasında, onların bu gün bu vəziyyətdə olmasında valideynlərinin və dırnaq arası sapı özümüzdən olan dostlarının böyük payı olduğunu da müşahidə etdim.
Narkotik maddə qəbul edən ATA! Sən qızının taleyi barəsində nə düşünmüsən? O gələcəkdə hansı mövqeni tutacaq? Təcrübəmdə şahidi olduğum hadisəyə əsaslanaraq cavablandırım. Gələcəkdə, bəlkə də bu gün maddə istifadəsi səbəbindən klinikada müalicə alacaq, ya da müalicə aldığını zənn edəcək. Sonra çıxacaq və yoluna davam….
Buna görə uşağını özündən qoru…!!!
İmkanlı valideyn… PUL VAR amma SEVGİ YOXDUR. Uşağına oyuncaq alırsan? PUL verirsən? Paltar alırsan? Bəs SEVGİ? Onu sevdiyini neçə dəfə söyləmisən?! Onu neçə dəfə qucaqlayıb, öpmüsən?! Uşağınla nə qədər maraqlanmısan? Onun dostları, rəfiqələri kimdir bilirsən? Əlbəttə, yox…
Mən deyim… Maddə istifadəçiləri…
Onu “Dostlarından” qoru…!!!
Siz valideynlər hər bir qarşılaşdığınız problemdə uşaqlarınızı günahkar bilirsiniz. Əlbəttə, məsuliyyəti onun boynuna atmaq, sizin heç bir günahınızın olmamasını vurğulamaq cox rahatdır.
Bir dayanın və düşünün… “Mən nədə, harada səhv etmişəm?!!! Günahım nədir?!!! Hansı davranışım uşağımda bu nəticələrə yol açdı?!!! Nə haqla onun gələcəyini məhv edirəm?!!!”. İstəsəniz və məsuliyyətli olsanız bu sualların sayını artırmaq olar…
Metroda gedərkən mənə çoooxxx… təsirli gələn bir mənzərə ilə rastlaşdım. Uşaq bir “səhv etdi”- əslində, bu sadəcə onun anası üçün yanlış davranış idi- və bu zaman anası onu vurmaq üçün əlini qaldırarkən uşaq (5 yaşı olardı) ananın əlini tutub, digər əli ilə özünə şillə vurdu.
Sizcə buna nə səbəb olub?
Ana özü üçün qaydalar, səhvlər və düzlər sıralayıb. Və uşaq bu çizgidən ayağını kənara qoyduqda “ana” onu “döyərək cəzalandırır”. Bunun düzgünlüyünü kim izah edə bilər?! Bu uşaq gələcəkdə hansı psixoloji problemlərlə qarşılaşacaq? O zaman bu “ana” uşaq üzərindəki təsirini düşünəcəkmi? “Ona vurmasam bunlar olmazdı” deyecəkmi?! YOX!!! Çünki, o valideyndir… “SƏHVSİZDİR”. Axı valideynlər səhv etmir…
Valideyn səhv etmirsə niyə bu qədər çox psixoloji problem var? Niyə bu qədər uşaq əziyyət çəkir? Səbəbkarı kimdir?! SİZ!!!
Uşağını özündən qoru…!!!
Qarşılaşdığım acı bir təcrübə daha… Bir oğlan uşağı… Hansı ki, sadəcə 5 yaşı var… Qonaq getdiyi evdə kiçik uşaqlarla mübahisə edir. Oyuncaqları, əşyaları qırır – (aqresiya)… Ata həsrəti çəkir… Atalı uşaqları gördükdə məyusluq, üzüntü, paxıllıq hissi keçirdir. Və ana hələ də onun psixoloji yardıma ehtiyacı olduğunu düşünmür.
Və uşaq böyüyür. Yeniyetmə yaşına gəlir. Onda hələ də aqresiya, ata həsrəti, ata ilə futbol və ya digər oyunları oynama, top alma, atadan maşın sürməyi öyrənmə istəkləri davam edir. Bəs ana bu istəkləri basdırmaq üçün nə edir? Ona “sevgi” göstərir. Pul verir. Marka geyindirir.
Bu yeniyetmə artıq 10-cu sinif şagirdidir. Uşaq gecə 00:00 da ana ilə mübahisə edərək digər yeniyetmələrlə, öz deyişi ilə “söhbətə” gedir. Və ya damarlarını kəsir. Ana hələ də onun psixoloji yardıma ehtiyacı olduğunu düşünmür. Və etdiyi ona daha çox pul vermək olur. Və 2-ci kurs tələbəsi olan bu gənc… Antisosial şəxsiyyət tipinə malik… Sosiopat insan…
İllər ötür…Bu gənc artıq iki ildir ki, həbsdədir. Cəza çəkir. Niyə? Çünki anası onun psixoloji problemi olduğunu düşünmədi. L Onun ata həsrətini görən olmadı. Atası belə, digər övladları ilə əylənərkən onun həsrətinin fərqində belə deyildi.
İndi düşünək… Bu cəza kimin haqqıdır?!!!
Uşağını özündən qoru!!!
Və əkiz oğlan uşaqları… O uşaqlar ki, sadəcə 3 yaşları varkən pərdə yandırır, əkizlərdən biri digər əkiz oyuncağı vermədiyi üçün, həmin oyuncağın digər ucunu elektrik açarına salır. Uşaqların evdə qırmadıqları əşya yoxdur. Niyə??? Çünki uşaqlar “çox dəcəldilər”. Nənəsi, babası və valideynləri bu şəkildə düşünür. XEYR!!! Onlar hiperaktiv uşaqlardır. Psixoloji yardım almazlarsa, gələcəkdə sosiopat olma ehtimalı yüksək körpələr…
Uşaqlarımız “Ağ kağıza” bənzəyir. Nə yazarıqsa, onu oxuyarıq. Uşaqlarınıza gözəl, əyləncəli, sevgi dolu uşaqlıq yaşadın. O “Ağ kağızlara” oxuduqda zövq alacağınız cümlələr yazın, və gələcəkdə də sevinclə oxuyun. Və onları günahlandırmağa ara verərək, özünüzü də günahlandırmağa vaxt ayırın…!!!

Aydan Sabirli
Xəzər Universiteti, psixologiya fakültəsinin IV kurs tələbəsi
psixotest.az

© Evde.biz
Xəbər xoşuna gəldi? Bizi LİKE et:
   12 04 2018 / 20:48   Pəhriz növü: Maraqli Meslehetler Uşaqlar Baxılıb: 41   


Saytda dərc edilmiş bütün informasiya yalnız TANIŞLIQ məqsədi ilə verilmişdir.
Pəhrizə oturmazdan əvvəl həkimlə məsləhətləşin.
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook