Регистрация    Войти
Авторизация
★★★★★
» » Özünüzü günvurmadan qoruyun! Ağır fəsadlar

Özünüzü günvurmadan qoruyun! Ağır fəsadlar

Özünüzü günvurmadan qoruyun! Ağır fəsadlar

Yay aylarında isti havada günvurma və istivurma halları artır. Günvurma çox ciddi pozulma sayılır. Günvurma hətta insanın ölümünə səbəb ola bilər.
İstinin təsirindən beyin qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların inkişafına (koma, insult, iflic) səbəb ola bilər.
Yaşlı insanlar, ürək-damar sistemi, şəkərli diabet xəstələri, artıq çəkisi olanlar, kiçik yaşlı uşaqlar üçün günvurma xüsusilə təhlükəlidir.
Günvurmanın əsas simptomları arasında:
- zəiflik
- başgicəllənmə
- güclü baş ağrıları
- qulaqlarda küy
- nəfəsalmanın tezləşməsi
- nəbzin tezləşməsi
- üşütmə
- ürəkbulanması və qusma
- hərarətin 400C və ya daha artıq yüksəlməsi
- ağır hallarda qıcolmalar və huşun itirilməsi.
Bəzi hallarda bu əlamətlər insan günün altında olduqda, bəzi hallarda isə bir neçə saat sonra evə gəldikdə baş verir.
Günvurmanın ilkin əlamətlərini qeyd edən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).
Dərhal “təcili yardım” çağırın!
Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) soyuq su ilə kompresslər və ya buz qoyun.

Günvurmanın qarşısını almaq üçün:

- günün altında olduqda baş örtüyündən istifadə edin
- kifayət qədər maye qəbul edin
- günün ən qızmar vaxtında (təxminən 11.00-17.00) açıq günün altında qalmayın.
Diqqət! Çimərlikdə olduğu zaman heç bir halda alkoqollu içkiləri qəbul etməyin! Alkoqol orqanizmdə termorequlyasiyanı (istiliyin tənzimi) kəskin şəkildə pozduğu üçün bu istivurmanın səbəbi ola bilər.

© Evde.biz
Xəbər xoşuna gəldi? Bizi LİKE et:
   16 04 2018 / 17:23   Pəhriz növü: Meslehetler Sağlamlıq Baxılıb: 136   


Saytda dərc edilmiş bütün informasiya yalnız TANIŞLIQ məqsədi ilə verilmişdir.
Pəhrizə oturmazdan əvvəl həkimlə məsləhətləşin.
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook