Регистрация    Войти
Авторизация
★★★★★
» » Pivə haqqında bilmədikləriniz

Pivə haqqında bilmədikləriniz

Pivə haqqında bilmədikləriniz

Səkkiz min il əvvəl misirlilərin çörək çıxarmaq üçün arpanı islah etmə işləri nəticəsində çıxarıldığı iddia edilən pivə bu gün ən çox içilən spirtli içkidir. Ölkələrdə olduqca sevilən pivənin çıxarıldığı yerə görə növləri var. Ən çox bilinən pivə növləri:


Lager: Alman pivəsidir. Az spirtli və içmək üçün asan, açıq sarı rəngli ən çox içilən pivədir Lager. Almanlar pivəni yalnız su, arpa, maya və mayaotundan hazırlayırlar. Bunun xaricində aromatik otlar və ya başqa bir maddə qatmırlar.


Ale: İngilis pivəsi. Orta spirtli. Lagerdən daha tünd rənglidir. Arpa yüksək temperaturda qovrulur və mayalandırılır. Mayaotu gec əlavə olunur.


Bock: Lagerdən daha yüksək spirtli olan alman pivəsidir. Bir az daha tünd rənglidir.


Geuze: Belçika pivəsidir. Ən aromatik pivələrdəndir. İçindəki biyan kökü rəngi tündləşdirir və yüngül kola dadı verir.


Stout: İrlandiya, skoç və ingilis pivəsidir. Rəngi qaraya yaxın, orta, yüksək spirtli pivədir. İçimi çox asan deyil. Ağızda yüngül bir tüstü və ya qızarmış çörək dadı buraxır.

Pilsener: Çekoslovakyanın Pilsen şəhərindən alır adını. Əslində Lagerə çox bənzəyir, ancaq rəngi bir az daha tünd və spirt nisbəti daha yüksək olması ilə fərqlənir...

© Evde.biz
Xəbər xoşuna gəldi? Bizi LİKE et:
   3 06 2018 / 18:27   Pəhriz növü: Maraqli Baxılıb: 484   


Saytda dərc edilmiş bütün informasiya yalnız TANIŞLIQ məqsədi ilə verilmişdir.
Pəhrizə oturmazdan əvvəl həkimlə məsləhətləşin.
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook