Регистрация    Войти
Авторизация
★★★★★
» » Albalı nə ilə faydalıdır

Albalı nə ilə faydalıdır

Albalı nə ilə faydalıdır

Albalı olduqca faydalı giləmeyvədir. Qədim zamanlardan bəri albalı ürəyin təbii dərmanı sayılır.
Albalı ürək-damar sisteminə həqiqətən çox müsbət təsir edir - qan damarlarını möhkəmləndirir, onların tonusunu artırır, yüksək arterial təzyiqi aşağı salır, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır. Mütəxəssislərin müşahidələrinə görə, ürək xəstəliləri olan insanların rasionuna albalı daim daxil olunduqda, bu qrup insanlarda  ürək tutmalarının tezliyi azalır.
Maqnezium, dəmir, kobalt kimi mikroelementlər, B1, B6, C kimi vitaminlərlə zəngin olan albalı anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalıdır.
Araşdırmalara görə, albalının tərkibində olan bəzi maddələr xərçəng hüceyrələrinin inkişafını dayandırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Albalı immun sistemini möhkəmləndirir, orqanizmin virus və bakteriayalara olan davamlılığını artırır.
Albalı və xüsusilə albalı şirəsi güclü antibakterial xüsusiyyətlərə malikdir. Albalı şirəsi bəlğəmgətirici təsir edir, nəfəs yollarında iltihabı azaldır. Albalı və albalı şirəsinin həmçinin sidikqovucu xüsusiyyətinə malikdir. Bu səbəbdən albalı böyrəklər, sidik kisəsi, sidik yolları iltihabları zamanı xeyirlidir.
Podaqra, artrit kimi xəstəliklərdən əziyyət çəkən insanlar bu giləmeyvəyə mütləq fikir verməlidir. Albalı orqanizmdə sidik turşusunun miqdarını azaldır və bu səbəbdən bu xəstəliklərin müalicəsi və həmçinin profilaktikası üçün də çox xeyirlidir.
Albalı qara ciyərə də çox müsbət təsir edir - təmizləyir, fəaliyyətini yaxşılaşdırır.
Albalının bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq, bu giləmeyvə bəzi xəstəliklər  və pozulmalar zamanı (qastrir, mədə və 12 barmaq bağırsağı xorası və s.) ziyan gətirə bilər.
Xalq təbabətində albalı saplaqları və yarpaqları geniş istifadə olunur.
Albalı saplaqları və yarpaqları dəmləmələri sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur.
Boğaz iltihabları və boğaz ağrısı zamanı albalı yarpaqları dəmləməsi (qarqara şəklində) iltihabı və ağrıları azaldır.
Albalı yarpaqlarından olan çay immun sistemi üçün çox xeyirlidir.
Albalı kosmetologiyada da geniş istifadə olunur. Albalı şirəsi yağlı dəri üçün xeyirlidir - dəri məsamələri daralıdr, artıq parıltını götürür, dərini daha sağlam və təravətli edir. Albalı şirəsində steril tənzif isladıb üz və boyun dərisinə qoyun. 20 dəqiqədən sonra tənzifi götürün.

© Evde.biz
Xəbər xoşuna gəldi? Bizi LİKE et:
   10 04 2018 / 19:26   Pəhriz növü: Qidalanma Sağlamlıq Orqanizm Faydalı məhsullar Baxılıb: 117   


Saytda dərc edilmiş bütün informasiya yalnız TANIŞLIQ məqsədi ilə verilmişdir.
Pəhrizə oturmazdan əvvəl həkimlə məsləhətləşin.
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook