Регистрация    Войти
Авторизация
★★★★★
» » Alimlər xəbərdarlıq edir! Kontakt linzaların taxılması ziyanlıdır

Alimlər xəbərdarlıq edir! Kontakt linzaların taxılması ziyanlıdır

Alimlər xəbərdarlıq edir! Kontakt linzaların taxılması ziyanlıdır

Nyu-York Universitetinin Tibb məktəbi alimləri yeni araşdırmalardan sonra belə qərara gəliblər ki, kontakt linzalarının taxılması ziyanlıdır.
Araşdırmalar göstərib ki, kontakt linzaları gözün üzərində yaşayan mikroorqanizmlərin tərkibini dəyişir ki, bu da ciddi göz xəstəliklərinin inkişafına səbəb ola bilər.
MedicalDaily xəbər verir ki, araşdırmada 20 nəfər insan iştirak edirdi. Onlardan 9-u kontakt linzaları taxırdı, qalanları linzalardan istifadə etmirdi.
6 həftə ərzində davam edən araşdırma göstərib ki, linzaların taxılması zamanı dəridə yaşayan mikroblar gözün üzərinə düşür və nəticədə gözün bakterial tərkibi dəyişilir. Bu isə papilyar konyuktivitin və keratitin (gözün buynuz qişasının iltihabı) riskini xeyli artırır.

© Evde.biz
Xəbər xoşuna gəldi? Bizi LİKE et:
   13 06 2018 / 13:44   Pəhriz növü: Linza Baxılıb: 402   


Saytda dərc edilmiş bütün informasiya yalnız TANIŞLIQ məqsədi ilə verilmişdir.
Pəhrizə oturmazdan əvvəl həkimlə məsləhətləşin.
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook