Регистрация    Войти
Авторизация
★★★★★
» » Ürəyi sağlam saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Ürəyi sağlam saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Ürəyi sağlam saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Statistika göstərir ki, biz ürək-damar sistemi xəstəliklərinin epidemiyası dövründə yaşayırıq.
Ürək-damar sistemi xəstəlikləri xeyli "cavanlaşıb" və son vaxtlar hətta cavan insanlarda tez-tez aşkar olunur. Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölüm səbəbləri arasında qorxunc 1-ci yer tutur.
Həkimlər qeyd edir ki, ürəyi artıq xəstəlik inkişaf etdikdən sonra deyil, cavanlıqdan, uşaq yaşlardan qorumağa başlamaq lazımdır. Bu kifayət qədər asandır. Ürəyi sağlam saxlamaq üçün 5 sadə məsləhət:
- Düzgün və sağlam şəkildə qidalanın. Bu o deməkdi ki, qidalanmanız təbii qidalardan ibarət olunmalıdır. Marqarin və bu kimi süni "yağlar", kolbasa-sosis məmulatları, fast-fud qidaları, dükanlarda satılan peşenye, vafli və s. şirniyyatlar, çox duzlu, yağlı qidalar ürəyin sağlamlığı üçün ziyanlıdır.
Kardioloqlar ürəyin sağlamlığı üçün hər gün 1 ovuc qoz-fındıq (badam, püstə, keşyu, qoz), 1 diş sarımsaq,  1 tikə qara şokolad, 1 alma və 1 banan yeməyi tövsiyə edirlər.
- Hərəkətli olun. Ürək əzələdir. İstənilən əzələni tonusda saxlamaq üçün onu daim işlətmək lazımdır. Bu ürək əzələsinə də aiddir. Sağlamlığınız buna yol verirsə hər gün 20-30 dəqiqə ərzində bədən tərbiyəsi ilə, qaçışla məşğul olun, hovuzda üzün. Əgər bu mümkün deyilsə, hər gün ən azı 30 dəqiqə ərzində piyada gəzin.
- Kifayət qədər yatın və dincəlin. Sübut olunub ki, həddindən artıq çox işləyən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artır.
Yuxusuzluq, xüsusilə də xroniki yuxusuzluq, ürəyin sağlamlığına çox mənfi təsir edir.
- Ziyanlı vərdişlərdən imtina edin. Siqaret və spirtli içkilər ürək-damar sisteminə böyük zərbə vurur. Siqaret çəkmək damarların xroniki sıxılmasına səbəb olur. Bu isə müxtəlif pozulmalara gətirib çıxardır.
Spirt isə ürək əzələsinə güclü toksiki təsir edir.
- Mənfi emosiyalardan, streslərdən uzaq olun. Kardioloqlar çoxdan fikir verib ki, tez-tez mənfi emosiyaları (hirs, həsəd, kin, kədər) keçirən, pessimist insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artmış olur.  Əksinə isə pozitiv, optimist insanlarda bu xəstəliklərə daha az təsadüf edilir.

© Evde.biz
Xəbər xoşuna gəldi? Bizi LİKE et:
   27 02 2019 / 16:18   Pəhriz növü: Sağlamlıq Baxılıb: 236   


Saytda dərc edilmiş bütün informasiya yalnız TANIŞLIQ məqsədi ilə verilmişdir.
Pəhrizə oturmazdan əvvəl həkimlə məsləhətləşin.
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook